ABŞ İrana qarşı sanksiya siyahısını daha da genişləndirib.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni sanksiyalar İranın ballistik raket və dron proqramlarını logistika fəaliyyəti və komponentlərin alınması vasitəsilə dəstəkləyən 32 şəxs və təşkilata şamil edilir.
Sanksiyaya düşən tərəflərin ABŞ-dəki bütün aktivləri dondurulur və Amerika vətəndaşlarına onlarla hər hansı əməkdaşlıq qadağan olunur.
Maraqlıdır, Yeni sanksiyalar İranın regional siyasətinə, xüsusilə Yaxın Şərqdəki nüfuzuna necə təsir göstərə bilər?
Ümumiyyətlə, İranın Yaxın Şərqdəki siyasəti əsasən “müqavimət oxu” deyilən xətt üzərində qurulub. İran bir çox qrupu maliyyə, silah və texnoloji dəstəklə təmin edir. ABŞ isə məhz bu dəstək mexanizmini hədəfə alır.
ABŞ-nin son qərarı olan ballistik raket və dron proqramlarını dəstəkləyən 32 şəxs və təşkilata qarşı sanksiya, əslində, İranın hərbi logistika şəbəkəsini vurmağa yönəlib.
Beləliklə, sanksiyalar İranın əlaqə zəncirini maliyyə və texniki baxımdan qırmaq məqsədi daşıyır.
Əlbəttə, qısamüddətli dövrdə İranın regional təsiri tam zəifləməyəcək, çünki İrana məxsus şəbəkələr illərdir qurulub və gizli yollarla fəaliyyət göstərir. Üstəlik, İran Çin, Rusiya və Şimali Koreya kimi tərəfdaşlardan texnologiya əldə etməyə çalışır.
Lakin davamlı sanksiyalar maliyyə axınlarını məhdudlaşdıracaq, komponent tədarükünü çətinləşdirəcək, yerli istehsalı bahalaşdıracaq.
Elmar












