Ukraynanın sağ qalması üçün müttəfiqlərindən yeni maliyyə axını tələb olunur.
Gununsesi.info xəbər verir ki, bunu ölkə lideri Volodimir Zelenski “Bloomberg” nəşrinə müsahibəsində bildirib.
“Ümid edirəm ki, bu həlli əldə edəcəyik. Əks təqdirdə, alternativ axtarmalı olacağıq; bu, bizim sağ qalma məsələmizdir. Buna görə də, buna həqiqətən ehtiyacımız var. Mən tərəfdaşlarımıza ümid edirəm”, – o, ifadə edib.
Zelenski cəbhədəki çətin vəziyyəti etiraf edib və Aİ ölkələrini dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.












