Aeroport istiqamətində sıxlıq yaranıb

  • By Admin08
  • 22 Sentyabr 2025 19:50

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Gununsesi.info-ya verilənə xəbərə görə, qəza səbəbindən hava limanı istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Gununsesi.info