Aİ-nin alternativ sülh planı: ABŞ-yə yumşaq qarşıdurma, yoxsa geosiyasi balans?

Avropa İttifaqı (Aİ) ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırladığı 28 maddəlik sülh planına alternativ plan hazırlayıb. 

Sənəd 24 maddədən ibarətdir. Mətnə görə, ərazi danışıqları mövcud təmas xətti əsasında aparılacaq. Ukraynaya ABŞ-nin də daxil olduğu NATO-nun 5-ci maddəsinə bənzər hüquqi təhlükəsizlik zəmanətləri veriləcək. Plana münaqişə bitdikdən sonra davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün bir sıra addımlar daxildir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva Ukrayna üçün “Avropa planı” haqqında məlumatlar alıb. O bunu qeyri-konstruktiv və Rusiya üçün yararsız adlandırıb:

“Moskva bunu əsla qəbul etməyəcək. Avropa meydandakı reallıqlardan ya xəbərsizdir, ya da özünü belə göstərir”.

Maraqlıdır, bəs Aİ-nin planı ABŞ-nin mövqeyinə qarşı bir balans cəhdi kimi izah oluna bilər və Bu model faktiki olaraq “donmuş münaqişə” yaradacaqmı?

Aİ-nin hazırladığı alternativ plan həm geosiyasi balans oyunu, həm də praktik Avropa maraqlarının ifadəsi kimi başa düşülə bilər.

Ümumiyyətlə, əslində, bu plan ABŞ-yə qarşı açıq rəqabət deyil, ancaq Avropanın münaqişə sonrası arquitekturu öz şərtləri ilə qurmaq istəyinin ifadəsidir. Yəni yumşaq balanslaşdırmadır.

Çox böyük ehtimalla donmuş münaqişə modelinə yaxınlaşma riski yüksəkdir. Bunun bir neçə səbəbi var.

Məsələn, mövcud təmas xətti əsasında danışıqlar.

Bu ifadə artıq status-kvonu legitimləşdirmək cəhdidir. Təmas xətti Ukraynanın bütün ərazilərini geri almağı imkansızlaşdırır, Rusiyanın faktiki olaraq nəzarət etdiyi əraziləri “müzakirə predmeti” deyil, “başlanğıc reallıq” kimi təqdim edir.

Digər səbəb isə “Təhlükəsizlik zəmanətləri”-dir.

Nəticə etibarı ilə, Aİ planı ABŞ-yə qarşı yumşaq balans cəhdidir, çünki Avropa daha praqmatik, daha “tez stabillik yaradan” həll axtarır.

 

Orxan

Gununsesi.info