Astarada güclü yağış - Sakinlər təxliyə edildi-Video

Astarada normadan dəfələrlə artıq yağan yağış fəsadlara səbəb olub.

Gununsesi.info  xəbər verir ki, yağış nəticəsində Astaranın Ərçivan qəsəbəsində 10-a yaxın həyəti su basıb.

Polis əməkdaşları tərəfindən su basmış evlərdən köməksiz qalan sakinlərin təxliyyəsi həyata keçirilib.

Sakinlərin təxliyə edilməsinin görüntülərini təqdim edirik: