Balakəndə avtomobil aşdı - Xəsarət alanlar var

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 Gununsesi.info   oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kortala kəndinin ərazisində qeydə alınıb.

Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 27 yaşlı Nurlan Xəmmədov və sərnişini, 17 yaşlı C.Xəmmədov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info