Biləsuvar rayonunda motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Aranlı kənd sakini Elnur Bayramovun idarə etdiyi motosiklet qəfil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü özü və motosikletdə olan sərnişin – 1979-cu il təvəllüdlü Samir Matıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.












