
Fransanın baş naziri Sebastyen Lekornyu oktyabrın 6-da, hökumətin ilk iclasından öncə istefa verib.
Gununsesi.info xatırladır ki, o, bir ay deyildi baş nazir təyin olunmuşdu.
“Le Figaro” və BFM TV prezident Emmanuel Makronun istefanı artıq qəbul etdiyini xəbər verir.
Lekornyunun baş nazirliyi müasir Fransa tarixinə ən qısa müddət kimi düşür.
Ötən axşam Lekornyu yeni nazirlər kabinetinin tərkibini açıqlayıb. Onun heyətində əsas vəzifələri prezident Makronun tərəfdarları, əvvəlki hökumətin nazirləri tutub. BFM TV müxalifətin bu addımı sərt tənqid etdiyini bildirir.
Lekornyu bu il Fransada istefa verən üçüncü, 2022-ci ildən bəri altıncı baş nazirdir.
Gununsesi.info