“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 3.21% azalaraq 1 barelə görə 66,11 ABŞ dolları təşkil edib.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 3.13% azalaraq 62,08 ABŞ dollarına bərabər olub.










