Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.
Gununsesi.info xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tokayevin səfəri 3-4 fevral tarixlərini əhatə edəcək.
O, dövlət səfəri çərçivəsində pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.
Qeyd olunub ki, Tokayev həmçinin Qazaxıstan-Pakistan biznes forumunda da iştirak edəcək.












