Bu gün niyyət axşamıdır

Bu axşam Ramazan ayının ilk niyyət gecəsidir.
Gununsesi.info xəbər verir ki, Müsəlman dünyası üçün müqəddəs sayılan Ramazan ayı başlayır. Bu gecə ayın ilk niyyət axşamıdır və inanc sahibləri tutacaqları oruc üçün niyyət edəcəklər. Sabahdan etibarən isə İslam aləmində on bir ayın sultanı hesab olunan mübarək günlər start götürür. Qurani-Kərimin nazil olduğu bu ay həm də duaların qəbul edildiyi, mənəvi paklıq və mərhəmət dövrü kimi xarakterizə olunur.Ramazan ayı ərzində oruc tutmaqla yanaşı, ehtiyacı olanlara yardım etmək və xeyirxah əməllər görmək tövsiyə edilir. Bu dövr həm də insanların səbir və iradəsini sınağa çəkdiyi ruhi yenilənmə mərhələsi sayılır. Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edir. Ramazan bayramı isə martın 20-də qeyd olunacaq.