Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Səbail rayonunda yerləşən Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğın söndürmə istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11:39

Bakının Nizami küçəsində yaşayış binasında yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.