Bu rayonda məhkəmə sədri vəfat edib - ÖZƏL

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat etdi.

Gununsesi.info-nun əldə etdiyiməlumata görə, 55 yaşlı hakim bu gün dünyasını dəyişib.

Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.

O, 2007-2011 – ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-2025 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.

 

Elmar

Gununsesi.info