
Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeolun həyat yoldaşı Kim Keon Hee korrupsiya istintaqı zamanı sübutları saxtalaşdırmaqda şübhəli bilinərək həbs edilib.
Gununsesi.info xəbər verir ki, Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən iclasda hakim qarşısına çıxan Kim ona qarşı irəli sürülən ittihamları rədd edib.
Kim məhkəmə orqanları ilə əməkdaşlıq etdiyini iddia edib və səhhəti pis olduğu üçün npvbıti prosesə qədər azadlığa buraxılmasını istəyib. Buna baxmayaraq, məhkəmə sübutların saxtalaşdırılması ehtimalının olduğunu və onun həbsinə qərar çıxarıb.
Hökmdən sonra Kim həbs edilib və Seulun cənub-qərbindəki Seul Nambu Təcridxanasına aparılıb. Burada o, təkadamlıq kameraya salınıb.
Cənubi Koreya tarixində ilk dəfədir ki, keçmiş prezident və həyat yoldaşı eyni vaxtda saxlanılır.