Zelenski Almaniyaya gedib

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 13-də Berlinə gedib. Almaniyada o, ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə RBC-Ukrayna Zelenskinin ofisinə istinadən məlumat yayıb.

Berlin hava limanında Zelenskini bir sıra rəsmi şəxslər, o cümlədən Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev qarşılayıb.

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib ki, Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcək.

Gununsesi.info