
Sabahdan etibarən Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun yan yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddətdə nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.
Sürücülərdən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir.