Əfqan Sadıqov Tbilisidə yenidən həbs edildi

Jurnalist Əfqan Sadıqov Tbilisidə həbs olunub.

Gununsesi.info xəbər verir ki, müvafiq qərar Tbilisi şəhər məhkəməsi tərəfindən verilib.

O, oktyabrın 18-də Tbilisidə aksiyada yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.

Gununsesi.info xatırladır ki, Əfqan Sadıqov bir müddət Gürcüstanda Azərbaycan tərəfinin tələbi əsasında həbs olunmuşdu. Sonradan Avropa Məhkəməsinin qərarı ilə o azadlığa buraxıldığı üçün Azərbaycana ekstradisiya edilmədi.

 

Gununsesi.info