Ramiz Mehdiyev istintaqa əsa ilə gedib - SABİQ PA RƏHBƏRİ 7 SAAT MÜSTƏNTİQLƏRİN QARŞISINDA OTURUB

  • By admin
  • 17 Oktyabr 2025 13:34

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində  aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.

 

Gununsesi.info-nun xəbərinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşaiyət edib.

Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

 

Elmar

Gununsesi.info