Əhməd əl-Şaraa Moksvadadır

  • By Admin2
  • 28 Yanvar 2026 14:32

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Moksvaya səfər edib.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi “Vnukovo-2” aeroportunda yerə enib.

Əl-Şaraa Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Xatırladaq ki, Suriyanın keçid dövrü prezidenti ilk dəfə ötən il oktyabrın 15-də Moskvaya səfər etmişdi. Bu, Suriyada hakimiyyətin dəyişməsindən sonra iki ölkə arasında ilk yüksəksəviyyəli görüş olmuşdu.

Gununsesi.info