Ərdoğan Trampla F-35-lərin alınmasını müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparacaq. 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə lideri “Fox News”a müsahibəsində açıqlayıb.

“Hazırda biz bu məsələ ilə bağlı yenidən danışıqlar aparmağa hazırlaşırıq”, – Ərdoğan qeyd edib.

O, ABŞ-nin həm F-35, həm də F-16 qırıcılarının istehsalı və texniki xidməti baxımından ondan tələb olunan hər şeyi edəcəyinə ümid etdiyini bildirib.

 

Gununsesi.info