“Marsel” 5 ildən sonra PSJ-ni məğlub edib

  • By Admin08
  • 23 Sentyabr 2025 09:33

Fransanın “Marsel” klubu 5 ildən sonra Liqa 1-də PSJ-ni məğlub edib.

Gununsesi.info xəbər verir ki, bu, ölkə çempionatının V turunda reallaşıb.

“Marsel”in 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Nayef Ager vurub.

Qeyd edək ki, hazırda “Marsel” 9 xalla turnir cədvəlində altıncıdır. PSJ isə 12 xalla ikinci pillədə qərarlaşıb.

Gununsesi.info