Səkkiz ayda 81 nəfər qəfildən qatarların qarşısına çıxıb

Bu ilin yanvar-avqust aylarında 81 nəfər qəfildən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarlarının qarşısına çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bunun nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb:

“ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin”.

 

Gununsesi.info