
Gürcüstan prezidenti Mixeil Kavelaşvili oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak edə bilmələri üçün “Lelo – Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Prezident bildirib ki, seçkilər rəqabətli şəraitdə baş tutacaq, lakin cinayət törətmiş şəxslər üçün indulgensiyaya çevrilməməlidir.
O, əfv olunan siyasətçilərin qanun çərçivəsində fəaliyyət göstərəcəyinə ümid etdiyini vurğulayıb və bütün iştirakçıları dinc kampaniyaya çağırıb.
Günay