Şiddətli töhmət alan icra başçısı danışdı:”İşimdə dönüş yaratmalıyam” - ÖZƏL

  • By admin
  • 29 Avqust 2025 19:15

Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

 

Saytımıza açıqlamasında icra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq:”İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab prezidentin etimadını doğruldum”.

 

Elmar

Gununsesi.info