Ukrayna daha bir neft emalı zavodunu vurdu

Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna PUA hücumu edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rzayan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus 8 PUA hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri tərəfindən zərərsizləşdirilib. Vurulan PUA-ların qalıqları zavodun ərazisinə düşüb və yanğın başlayıb.

 

Gununsesi.info