HƏMAS daha üç girovun cəsədini təhvil verəcək

  • By Ayshan
  • 02 Noyabr 2025 23:00

HƏMAS daha üç İsrail girovunun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə bəyanat hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “Telegram” kanalında dərc edilib.

“Razılaşmanın bir hissəsi olaraq, bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini tibb işçilərinə təhvil verəcəyik”, – bəyanatda deyilir.

Bəyanatda girovlardan birinin sənədlərinin fotosu da dərc edilib və onun qalıqlarının yerli vaxtla saat 20:00-da təhvil veriləcəyi bildirilir.

Girovların cəsədlərinin tam olaraq harada qəbul təhvil veriləcəyi barədə heç bir məlumat yoxdur.