Hindistandan çağırış: İranı tərk edin!

Hindistan Xarici İşlər Nazirliyi vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hindistan Tayms” qəzeti məlumat yayıb.

XİN İranda etirazlar və iğtişaşlar səbəbindən bölgədə artan gərginlik fonunda bu ölkəyə səyahət etməməyi tövsiyə edib.

Bundan əlavə, Hindistan vətəndaşlarına İranı tərk etmək barədə çağırış edilib. Onlara növbəti xəbərdarlığa qədər İrana səyahət etməkdən çəkinmələri tövsiyə olunub.

Qeyd edək ki, İranda 10 min Hindistan vətəndaşı yaşayır.

Gununsesi.info