İsrail və bir sıra ərəb ölkələri ABŞ-ni İrana qarşı hərbi zərbə endirməyə tələsməməyə çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tehrana mümkün hücum İran cəmiyyətini hökumət ətrafında birləşdirə və ölkədəki etiraz dalğasını zəiflədə bilər. Qeyd olunur ki, İsrail irimiqyaslı zərbənin təxirə salınmasını təklif edir ki, etirazçıların rejim üzərində təzyiqi azalmasın.











