Miras payından imtina edib sonradan fikrini dəyişmək olar?

Bəzən belə hallar olur ki, məsələn, mülk sahibi öz mirasından pay versə də, lakin qarşı tərəf bundan imtina edir. Sonra isə fikrindən daşınır.

Belə məqamda isə ortaya sual çıxır:

“Əgər bir şəxs notariusa ərizə verib, miras payından imtina edibsə, fikrini sonradan dəyişə bilərmi?”

Bu qərarı ləğv etmək mümkündür?

Hüquqşünas Uğur Əliyev bu barədə Gununsesi.info-ya deyib:

“Mirasdan imtina bəyanı verildikdən sonra geri qaytarmaq yalnız məhkəmənin razılığı və ya digər vərəsələrin razılığıyla ola bilər. Ümumən bir qayda var ki, imtina edəndən sonra fikrini dəyişmək mümkün deyil. Digər mirasçıların yazılı razılığı olmadan təkrar imtinanı ləğv etmək çətindir, çünki o, artıq hüquqi nəticələr doğurub”.

 

Elmar

Gununsesi.info