İndoneziyada 6,1 maqnitudada zəlzələ olub

  • By Admin08
  • 18 Sentyabr 2025 23:31

İndoneziyada 6,1 maqnitudada zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın təxminən 43 800 əhalisi olan Nabire şəhərindən 28 km cənub-şərqdə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Gununsesi.info