Sabiq xanım deputat istefa verdi

  • By Admin08
  • 18 Sentyabr 2025 19:29

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Gununsesi.info xəbər verir ki, DAF Prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, Vitse-prezident Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, Katibliyin rəhbəri Tünzalə Əzimova istefa qərarı veriblər.

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə aşağıdakı şəxslərdir:

• Prezident – Fuad Quliyev

• 1-ci vitse-prezident – Mehman Səfərov

• Vitse-prezident – Davud Davudov

• Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Gununsesi.info