Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.
Bu barədə Gununsesi.info-ya İdarədən məlumat verilib.
Xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.













