NATO Türkiyədən KÖMƏK İSTƏDİ

  • By Admin2
  • 13 Yanvar 2026 14:31

NATO Türkiyədən Baltikyanı ölkələr üçün kömək istəyib.

Gununsesi.info Bloomberg-ə istinadən xəbər verir ki, alyans Estoniyanın hava məkanını 2026-cı ilin avqust ayından dekabr ayına qədər patrul etməsi üçün Türkiyədən F-16 qırıcı təyyarələrini bölgəyə yerləşdirməsini istəyib.

Bu istək Rusiyanın Estoniyanın hava məkanını pozmasından sonra alyansın müdafiəsini gücləndirməsi niyyəti ilə bağlıdır.

Hələlik Ankara bu istəyə cavab verməyib.

Gununsesi.info