Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Belarus dövlət başçısının mətbuat xidməti bundan əvvəl bildirmişdi ki, Aleksandr Lukaşenko Şimali Koreya Sədri Kim Çen Inın dəvəti ilə 25-26 mart tarixlərində bu ölkəyə rəsmi səfər edəcək.
Mərkəzi tədbir iki ölkə liderləri arasında danışıqlar olacaq. Onlar ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün bütün sahələri müzakirə etməyi, qarşılıqlı maraq doğuran əsas sahələri və həyata keçirilmək üçün ən perspektivli layihələri müəyyən etməyi planlaşdırırlar.
Səfər həmçinin ikitərəfli münasibətlərin hüquqi bazasının gücləndirilməsi və daha geniş ikitərəfli əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.










