Magistral yola prezidentin adı verildi

  • By Admin2
  • 16 Aprel 2026 10:56

ABŞ-də prezident Donald Trampın şərəfinə 200 kilometr uzunluğunda yola onun adı verilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Florida qubernatoru Ron DeSantis qərar imzalayıb. Yeni ad Florida ştatındakı Li qraflığından Palm Biç qraflığına qədər uzanan təxminən 125 mil (200 km) uzunluğunda  uzanan magistral yola verilib.

Həmin yol 1 iyul 2026-cı il tarixindən etibarən “Prezident Donald J. Tramp Magistral Yolu” adlandırılacaq.

Gununsesi.info