
Metroda qatarın gəlmə vaxtını göstərən tablolar test rejimində fəaliyyətə başlayıb.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, dünyanın bir çox metropolitenlərində məhz belə sistem tətbiq olunur, bu sərnişinlərin məlumatlandırma sistemlərindən biridir. Bakı metrosunda intervallar təxmini 2-4 dəqiqə təşkil edir (günün vaxtından və xətdən asılı olaraq). Bu tablolar psixoloji olaraq gözləmə vaxtını azaldır, sərnişinlər daha rahat olur. Eyni zamanda, Bakını tanımayan turistlər üçün də daha faydalı olacaq.