
AFFA İntizam Komitəsi “Neftçi”ni 15 min 700 manat məbləğində cərimələyib.
Gununsesi.info xəbər verir ki, buna Misli Premyer Liqasının VII turunda “Zirə” ilə matçda qeydə alınan qayda pozuntuları səbəb olub.
“Zirə” isə futbolçusu Ayron Qomisin (1 oyunluq cəza) ikinci sarıdan qırmızı vərəqə alması və VAR maşını ətrafında təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən ümumilikdə 1500 manat ziyana düşüb.
Bundan başqa, “Sumqayıt” – “Turan Tovuz” oyununda ev sahibi, “Qəbələ” – “Şamaxı” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 700 manat cərimə ödəyəcək.