
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində övladını itirən şəxs, məhkəmə prosesinin süni şəkildə uzadılmasından narazıdır.
Bu barədə Gununsesi.info-ya Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Əzizov Yusif müraciət edib.
Şikayətçinin iddiasına görə, 2024-cü ilin may ayında ilk məhkəmə-tibbi ekspertiza keçirilsə də, hakim Günay Aşurova tərəfindən 13 may 2025-ci il tarixdə təkrar ekspertiza barədə qərardad qəbul olunub.
Lakin sənədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməyib. Bu isə işin qəsdən süründürülməsi və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaradır.
O, hakim Günay Aşurovanın təqsirləndirilən şəxsin müdafiəsinə şərait yaratdığını və işin qəsdən süründürülməsi ilə bağlı Prezidentə, Birinci vitse-prezidentə və digər dövlət qurumlarına müraciət edib.
Həmin müraciəti təqdim edirik:
“Mən 18 noyabr 2023-cü il tarixdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Əzizov Yunis Yusif oğlunun atası və cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olaraq mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova, Baş prokuror cənab Kamran Əliyevə müraciət ünvanlayıram.