“Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmət, eləcə də regionda uzunmüddətli sabitliyin və sülhün möhkəmləndirilməsi bizim üçün çox vacibdir”.
Gununsesi.info news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Məhz bu təməl üzərində Ermənistan və Azərbaycan sülh qurur və inkişaf etdirməyə davam edir və inanıram ki, bu, regionumuz üçün həqiqətən tarixi bir fürsətdir. Ümid edirəm ki, Gürcüstanda da oxşar uzunmüddətli sülhün möhkəmləndirilməsi baş verəcək. Açıq demək istəyirəm: biz buna çox maraqlıyıq, çünki regionumuzun çətin taleyinin öhdəsindən gəlmək üçün böyük potensial görürük və ümid edirik ki, bu fürsətdən istifadə olunacaq.
Əlbəttə ki, mən tərəfdaşlarımızı Ermənistanın beynəlxalq və regional gündəliyi, xüsusən də TRIPP layihəsi, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi, Ermənistan-Türkiyə münasibətləri barədə ətraflı məlumatlandırdım və həmçinin Ermənistan-Rusiya əməkdaşlığı haqqında bəzi məlumatlar çatdırdım”, – deyə Paşinyan vurğulayıb.












