Paşinyan Almaniyadadır

  • By admin
  • 09 Dekabr 2025 14:15

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir. 

Gununsesi.info erməni KİV-ə istinadən xəbər verir ki, təyyarə Berlin Brandenburq beynəlxalq hava limanına enib.

Nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, iqtisadiyyat naziri Gevork Papoyan, Ermənistan-Almaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Vardanyan və başqaları daxildir.

 

Gununsesi.info