Tblisidə ərəblərə kütləvi etiraz

  • By Ayshan
  • 08 Dekabr 2025 23:18

Gürcüstan paytaxtı Tbilisidə ərəblərin Gürcüstandakı “Eagle Hills” tikinti layihəsinə qarşı etiraz aksiyası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb məşhur ərəb şirkəti “Eagle Hills” Tbilisi və Batumidə iki nəhəng layihə həyata keçirmək istəyidir.

Məlumata görə bu layihə üçün ərəb şirkəti qonşu ölkəyə 6 milyard dollardan artıq investisiya yatırmağı planlaşdırır.

Layihələr çərçivəsində Tbilisinin Krtsanisi ərazisində 600 hektarlıq sahədə yeni “yaşıl şəhər”, Batumidə isə keçmiş poliqonun yerləşdiyi 250 hektarlıq ərazidə “premium sinifli turistik kurort” inşa ediləcək.

Gununsesi.info