Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti Amerika administrasiyasının digər qitələrə və ölkələrə nəzarət etmək hüququna malik olduğuna inanmasına imkan verməməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, Braziliya lideri hökumətin YouTube kanalında yayımlanan ictimai çıxışında bildirib:
“Biz heç kimin dünyaya sahib olduğunu düşünüb Qrenlandiyanı, Panama kanalını, Kubanı və ya Venesuelanı ələ keçirmək barədə danışmasına icazə verə bilmərik. Bu mümkün deyil. Planetimizə müharibə yox, sülh lazımdır!”.
Dövlət başçısının sözlərinə görə, dünyanın aparıcı ölkələri “xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməyi öyrənməlidirlər”.












