Qəddafinin oğlu azad edildi

  • By Ayshan
  • 07 Noyabr 2025 08:35

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibal azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Livan 24” xəbər portalı məlumat yayıb.

“Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1969-2011) oğlu Hannibal Qəddafini həbsdən azad etdi və ona tətbiq edilən səfər qadağasını ləğv etdi”, – məlumatda deyilir.

Livan məhkəməsi Hənnibal Qəddafini əvvəlcədən müəyyən edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən azad edib.