Qəzet dövrü bitir? "Heç olmasa ikisi qalmalıdır"

  • By Ayshan
  • 06 Noyabr 2025 23:32

Azərbaycanda çap mediasının gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi baş redaktorlar qəzetlərin hələ də yaşamaq gücünə malik olduğunu iddia etsələr də, mövcud reallıq və statistika fərqli mənzərə göstərir.

Ekspertlər hesab edirlər ki, çap mediası rəqabətdə qalmaq istəyirsə, rəqəmsal transformasiyaya keçməli, analitik məzmun və araşdırma jurnalistikasına üstünlük verməlidir. Əks halda, “kağız qəzet” dövrü yaxın illərdə tamamilə tarixə çevrilə bilər.

Gununsesi.info bildirir ki, Rey Kazımoğlu  qəzetlərin bağlanmasının tərəfdarı deyil.

“Heç olmasa 2 dövlət qəzeti olsun. Qanunları, Prezidetin fərmanlarını, sərəncamlarını və digər vacib materialları çap etmək üçün. Yəni elektrona etibar yoxdu, hər an silinə bilər. Amma çap halında daha etibarlıdı, mütləq qalmalıdır. Ümumiyyətlə, bu məsələ çox dərindi. Geniş müzakirəyə ehtiyac var. Dövlət bir müddət sonra elekton mediaya da yardımı dayandıracaq”.

Onun fikrincə, mövcud vəziyyətdən çıxış yolu var:

” 1. Normal rekalm bazarı formalaşmalıdı.

2. Dövlət obyektiv tənqidə, ciddi araşdırmalara, təhlillərə mane olmamalıdı. Ki oxucu qəzetdə maraqlı yazı tapıb oxuya bilsin.

3. Satış bazarının formalaşdırılmasına mane olmasın. Əksinə, dövlət metroda, küçədə, hər yerdə qəzet satışına kömək etsin.

Məncə, qəzetlərin özü ayaq üstə dura biləcək. Qəzetlərin yaşayacağına inanıram. Bir müddət “Şərq”, “Yeni Müsavat” qəzetlərində çalışan şəxs kimi, öz gözümlə görmüşəm qəzet satışla, reklamla necə ayaqda dururdu”,- deyə o vurğulayıb.

Ayşən

Gununsesi.info