“Qaçqınkom”un adı dəyişdirilsin - Deputatdan TƏKLİF

“Milli Məclisdə Böyük Qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib.

O bildirib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var:

“Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) adının dəyişdirilməsi, Böyük Qayıdış üzrə komitənin yaradılması vacibdir. Böyük Qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər”.

 

Gununsesi.info