Zahid Oruc: "Bank vəsaiti verəndə bilməli idi ki, o geri qayıtmayacaq"

“Banklarımız əmlak, girov və maaş təminatı olmayan kreditlər verir. 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz bu sistemlə bağlıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında bildirib.

“Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi”, – deyə komitə sədri bildirib.

 

Gununsesi.info