Qazax sakini göldə boğuldu

Qazax rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Rayon sakinləri olan ata və övladı kənddə göldə çimən zaman suda batıblar.

Ata suda boğulub, övladı xilas olunub.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Gununsesi.info