Azərbaycanda 192 avtomobil yanıb

  • By Günel
  • 16 İyul 2025 19:57

Bu ilin 6 ayı ərzində Azərbaycanda 192 nəqliyyat vasitəsi yanıb.

Gununsesi.info xəbər verir ki, açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi avtomobillərə edilən konstruktiv dəyişikliklər və elektrik yükünün artılmasıdır.

“Yəni əlavə işıq avanlıqları avtomobilə yüklənir. Bu isə yanğın riski yaradır”, – C.Xudiyev vurğulayıb.

Gununsesi.info