
Ermənistanın baş naziri Nikol Paşinyan baş nazir postundan istefa verməlidir.
Gununsesi.info xəbər verir ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan belə deyib.
O bildirib: “Bu adam (Nikol Paşinyan – red.) baş nazir ola bilməz. Əgər xalqını az da olsa, sevirsə, o deməlidir ki, əgər belədirsə, mən vəzifədən gedirəm”.
A.Abramyanın fikrincə, N.Paşinyan seçilərdə iştirak etməməlidir və bu onun tərəfindən ləyaqətli addım olardı.