Qobuda nəfəs almaq olmur

  • By admin
  • 11 Oktyabr 2025 09:28

 

Abşeron rayonu, Qobu qəsəbəsinin sakinləri kərpic zavodundan çıxan toz və tüstünün havanı çirkləndirməsindən şikayət edirlər. 

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

 

Həmin videoda zavodun tüstüsünün kəndin üzərini tamam bürüdüyü açıq görünür.

 

Qəsəbə sakinləri bildirir ki, toz-duman ətrafdakı evlərə dolur, əhali nəfəs almaqda çətinlik çəkir.

 

Sakinlər deyir, kərpic zavodundan atmosferə tullantıların atılması ilə bağlı dəfələrlə müxtəlif qurumlara şikayət etsələr də, onların şikayətinə əməl edən olmayıb.

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Afət Abbasova 

Gununsesi.info